İsrail-HƏMAS müharibəsinin adı dəyişir
İsrail hökumətinin adlar üzrə komissiyası qarşıdan gələn həftə HƏMAS-la müharibəyə yeni adın seçilməsi məsələsini müzakirə edəcək.
“Report” xəbər verir ki, bu barədə İsrailin “Kan Bet” radiostansiyası məlumat yayıb.
Bildirilib ki, komissiyaya bu adlar təklif olunub: “Yaradılış müharibəsi” (Tövratın birinci kitabının adından götürülüb), “Tövratın Simxat (müharibənin başlandığı gün - red.) müharibəsi”, “Dirildən ruhun müharibəsi”.
Məlumata görə, adlar üzrə hökumət komissiyası təbiət elmləri, tarix, coğrafiya, arxeologiya, yəhudilik, ivrit dili, ərəb dili üzrə mütəxəssislərdən, habelə hökumət başçısı, Müdafiə, Daxili İşlər, Nəqliyyat nazirlikləri, Kartoqrafiya Mərkəzi, Yəhudi Milli Fondu və Təbiəti Mühafizə və Milli Parklar İdarəsi nümayəndələrinin daxil olduğu ictimai qurumdur.
Xatırladaq ki, hazırda HƏMAS-a və başqa silahlı qruplaşmalara qarşı davam edən müharibə “Dəmir qılınc” adlanır.
Oxşar xəbərlər
HƏMAS silahlıları ilə toqquşmalarda İsrailin 44 hərbçisi həlak olub
İsrail HƏMAS-a bir həftəlik hərbi əməliyyatları dayandırmağı təklif edib
İsrail ordusu HƏMAS-ın yeni komandirini məhv etdi
Vaqif Xaçatryan məhkəmə zalında ağladı - VİDEO
Qəzzada Azərbaycan vətəndaşları var? - RƏSMİ CAVAB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azad edilmiş ərazilərdə daha 189 mina, 192 PHS aşkarlanıb
-
DVX: Təsərrüfat obyektləri vergi orqanında uçota alındıqdan sonra bazarda fəaliyyət göstərə biləcək
-
Spiker: Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır
-
“Neftçi” Türkiyədə beynəlxalq yoldaşlıq matçları keçirəcək
-
Sivasda mehmanxanada partlayış baş verib, xəsarət alanlar var
-
Azərbaycan Basketbol Liqasında XII tura start verilib