KİV: İrandan gözlənilən hücum fonunda İsrail liderləri üçün bunker hazırlanıb
Baş Təhlükəsizlik Xidməti Qüds bölgəsində İsrail rəhbərliyinin uzun müddət qala biləcəyi, ölkəni oradan idarə edə biləcəyi yeraltı bunkerin istismarı üçün hazırlıq işləri aparıb.
“Report” xəbər verir ki, bu barədə “Walla” portalı məlumat yayıb.
Qeyd olunub ki, “Hizbullah” hərəkatı və İrandan gözlənilən hücum fonunda bunker yenidən işlək vəziyyətə salınıb.
“Ynet” portalının məlumatına görə, Qüds ərazisində yeraltı bunker yaratmaq qərarı 2007-ci ildə İkinci Livan müharibəsinin nəticələrindən sonra verilib.
Rəsmi olaraq “Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi” adlanan bunkerə raket təhdidləri və müxtəlif növ silahlar təsir edə bilməz. Onun yeri və dərinliyi barədə məlumat yoxdur.
Bir neçə yüz nəfər üçün nəzərdə tutulan bunkerdə yaşayış yerləri, ofislər, iclas otaqları və vahid komanda mərkəzi var. “HƏMAS”ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan və Qəzza zolağında hərbi əməliyyatların başlamasından bu yana Qüds ərazisindəki bunker 10 ay ərzində bir dəfə də istifadə olunmayıb.
Oxşar xəbərlər
İsrail ordusu tunel şəbəkəsində döyüşə girdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: ABŞ İranın İsrailə gözlənilən hücumu fonunda iki esminesin yerini dəyişib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail: Qəzzanın şimalında HƏMAS liderinin qərargahı məhv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
NYT: İran İsrailə 185 PUA və 146 raket atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Qəzzada HƏMAS-a məxsus hərbi infrastrukturu məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












