ABŞ liderindən Rusiyaya ultimatum: Kremlin avqustun 8-nə qədər vaxtı var
sizinxeber.az xəbər saytı

ABŞ liderindən Rusiyaya ultimatum: Kremlin avqustun 8-nə qədər vaxtı var


ABŞ Prezidenti Donald Tramp avqustun 8-dək Ukraynaya qarşı müharibənin dayandırılması ilə bağlı razılığın əldə olunmayacağı təqdirdə Rusiyanı sanksiyalarla hədələyib.

"Sizinxeber.az"un xəbərinə görə, bunu Amerika lideri Ağ Evdə keçirdiyi brifinq zamanı deyib.

İyulun 31-nə keçən gecə Rusiya Federasiyasının Kiyevə keçirdiyi kütləvi zərbənin nəticələrini şərh edən Tramp Kremlin hərəkətlərini kəskin tənqid edib.

“Rusiyanın etdikləri iyrəncdir”, - o deyib.

Tramp həmçinin qeyd edib ki, o, sanksiyaların Rusiya prezidenti Vladimir Putini çəkindirə biləcəyinə hələ əmin deyil, lakin Vaşinqton hər halda onları tətbiq etmək niyyətindədir.

"Biz sanksiyalar tətbiq etməyə hazırlaşırıq - bilmirəm, o (Putin - red.) sanksiyalardan narahatdır, ya yox. Onların sanksiyalardan xəbəri var. Mən sanksiyalar və tariflər haqqında hamıdan çox bilirəm. Bunun effekti olub-olmayacağını bilmirəm, amma biz bunu edəcəyik", - ABŞ prezidenti vurğulayıb.

Oxşar xəbərlər

Tramp Rusiyanı sərt tariflərlə hədələyib
Tramp Rusiyaya 10 gün vaxt verib
Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Tramp: ABŞ 50 gündən az müddətdə Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə bilər
Tramp: 50 gün ərzində razılıq əldə olunmasa, Rusiyaya tariflər və sanksiyalar tətbiq ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle