Aİ ölkələri 127 milyard avro həcmində hərbi kreditlər tələb edirlər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
iy
2025
16:30

Aİ ölkələri 127 milyard avro həcmində hərbi kreditlər tələb edirlər

30 iy, 2025
16:30
319

Aİ ölkələri 127 milyard avro həcmində hərbi kreditlər tələb edirlər

Avropa İttifaqı (Aİ) ölkələrinin üçdə ikisi Avropa Komissiyasına iqtisadiyyatın militarizasiyası proqramının (SAFE) ilk günündə silah və hərbi texnika alınması üçün 127 milyard avro məbləğində kreditlərin ayrılması ilə bağlı sorğu göndərib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının müdafiə üzrə komissarı Andryus Kubilyus bildirib.

"İlk günlərdə Aİ-nin 18 ölkəsi SAFE çərçivəsində azı 127 milyard avro tələb edib", - Avropa Komissiyasının mətbuat xidməti A.Kubilyusun bəyanatını təqdim edib.

O izah edib ki, Aİ ölkələri bu proqram üzrə hərbi kreditlər üçün ərizələri 30 iyul - 30 noyabr tarixləri arasında yerləşdirə bilərlər və Avropa Komissiyası bu ərizələri qiymətləndirdikdən sonra bütün Avropa İttifaqı adından kommersiya bazarından kreditlər cəlb edəcək.

Avropa Komissiyası qeyd edib ki, ilk hərbi kreditləri Fransa, Belçika, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Kipr, Macarıstan, Polşa, Rumıniya, Bolqarıstan, Çexiya, Slovakiya, Xorvatiya, Finlandiya, Latviya, Litva və Estoniya tələb edib.

Bizimlə əlaqə saxlayın