Almaniyada sərnişin qatarı relsdən çıxıb, xeyli sayda yaralı var » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
iy
2025
23:00
0
0
1 396
ff

Almaniyada sərnişin qatarı relsdən çıxıb, xeyli sayda yaralı var

27 iy, 2025
23:00
1 396

Almaniyada sərnişin qatarı relsdən çıxıb, xeyli sayda yaralı var

Almaniyada Biberax rayonunda (Baden-Vürtemberq federal torpağına aiddir - red.) sərnişin qatarı relsdən çıxıb.

"Report"un məlumatına görə, bu barədə Bild nəşri Ştutqart polisindən aldığı məlumata istinadən xəbər verir.

Nəşrin məlumatına görə, qəza zamanı qatarda təxminən 100 sərnişin olub. İlkin məlumata görə, ən azı bir neçə nəfər yaralanıb. Daha sonra bir neçə nəfərin öldüyü məlum olub.

"Roytlingen (Baden-Vürtemberq torpağı - red.) dispetçer xidməti kütləvi hadisə adlandırılan bir insidentin baş verdiyini bildirib. Çox sayda zərərçəkənin tibbi yardıma ehtiyacı olacağı gözlənilir", - nəşr dəqiqləşdirir.

Qatarın özü də zədələnib. "Bild"in məlumatına görə, vaqonlardan birinin damı ciddi şəkildə deformasiyaya uğrayıb.

Xilasedicilər artıq hadisə yerinə gəlib və hazırda vaqonları yoxlayır, vəziyyəti qiymətləndirirlər.

Hadisə yerinə həmçinin polis əməkdaşları və digər təcili yardım xidmətlərinin işçiləri də gəlib.

Bizimlə əlaqə saxlayın

×
×