Avropa Rusiya qazından bir il tez imtina edə bilər
sizinxeber.az xəbər saytı

Avropa Rusiya qazından bir il tez imtina edə bilər


Avropa Parlamenti Avropa İttifaqının Rusiya qazından nəzərdə tutulandan bir il tez, yəni 2027-ci ilin yanvarından imtina etməsi ilə bağlı təklifləri nəzərdən keçirir.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə "Reuters" Avropa Komissiyasının təklifinə qanunvericilərin düzəlişlərini ehtiva edən sənədlərə istinadən xəbər verir.

Keçən ay Avropa Komissiyası parlamentə 2028-ci il yanvarın 1-dək Rusiya qazının bütün idxalını mərhələli şəkildə dayandırmaq təklifini təqdim edib. Bu təklif mərhələli şəkildə qazın çıxarılmasını sürətləndirmək üçün əlavə təşəbbüsün formalaşdırılması üçün hüquqi əsas təşkil edəcək. Yeni təklifə əsasən, Avropa İttifaqı 2026-cı ilin yanvarında yeni və qısamüddətli müqavilələri mərhələli şəkildə ləğv etməyə başlayacaq.

Avropalı diplomatlar deyir ki, hökumətlərin qadağanın bir il irəli çəkilməsini dəstəkləməsi çətindir. Bununla belə, qanunvericilər bu tələbdən digər dəyişikliklər üçün "rıçaq" kimi istifadə edə bilərlər. Məsələn, təşəbbüs müəllifləri qadağanı pozan şirkətlər üçün cərimələrin tətbiq edilməsini, o cümlədən onların enerji ticarəti lisenziyalarının ləğv edilməsini təklif edirlər.

Oxşar xəbərlər

KİV: Aİ Slovakiyaya Rusiya qazından imtina etmək üçün zəmanətlər verəcək
Avropa Komissiyasının nümayəndəsi: "Rusiya qazının idxalını tam dayandırmağa çalışırıq"
AK 2027-ci ilə qədər Rusiya qazından imtina planını təsdiqləyib
Avropa Komissiyası iyunun 17-də Rusiyadan qaz idxalına qadağa tədbirlərini təqdim edə bilər
Macarıstan AK-nin 2027-ci ilə qədər Rusiya qazından imtina planına qarşıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər