KİV: Rubio Trampın Rusiya, Çin, İran və Venesuelaya qarşı siyasətinə təsir edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
iy
2025
08:30
ff aaaaaaa

KİV: Rubio Trampın Rusiya, Çin, İran və Venesuelaya qarşı siyasətinə təsir edib

24 iy, 2025
08:30
998

KİV: Rubio Trampın Rusiya, Çin, İran və Venesuelaya qarşı siyasətinə təsir edib

ABŞ Dövlət katibi Marko Rubio Prezident Donald Trampın Rusiya, Venesuela, İran və Çinə qarşı daha sərt mövqe tutmasına təsir edib.

"Report" xəbər verir ki, bu barədə "Financial Times" Dövlət Departamentinin rəhbərinə həsr olunmuş məqaləsində yazıb.

Nəşr yazır ki, Rubio tərəfdarlarının fikrincə, xarici siyasət məsələlərində nəinki öz prinsiplərindən kənara çıxmayıb, hətta onların müdafiəsinə qalxıb və Trampın Çin, İran, Rusiya və Venesuela kimi ölkələrə qarşı daha sərt mövqe tutmasına təsir edib.

Rubionun dostlarından və keçmiş köməkçilərindən biri deyir: "Çin, Rusiya, Ukrayna və İranda biz Amerikanın yeni xarici siyasətini və ABŞ-nin dünyada rolunun yenidən qurulmasını görürük".

Qeyd edilir ki, Rubio administrasiyaya qoşulduqdan sonra ABŞ miqrantlara münasibətdə bağlı əvvəlki fikirlərindən fərqli siyasətlər həyata keçirməyə başlayıb. Məsələn, məqalədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin yenidən təşkil edilməsi və miqrantlara qarşı ritorikanın sərtləşdirilməsi göstərilir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul