Umerov: Rusiya və Ukrayna arasında əsas məsələlərdən biri ilə bağlı nəticə əldə olunub, iş davam edir
sizinxeber.az xəbər saytı

Umerov: Rusiya və Ukrayna arasında əsas məsələlərdən biri ilə bağlı nəticə əldə olunub, iş davam edir


Rusiya və Ukrayna arasında əsas məsələlərdən biri ilə bağlı nəticə əldə olunub, iş davam edir.

“Sizinxeber.az” xəbər verir ki, bunu Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov İstanbulda keçirdiyi brifinqdə deyib.

"İlk növbədə, biz həmişə müxtəlif istiqamətlərə cavabdeh olan bütün həmkarlarımızla eyni vaxtda görüşlər keçiririk: humanitar, siyasi, atəşkəs", - Umerov bildirib.

“Beləliklə, bir məsələ ilə bağlı nəticə var, digər ikisi ilə bağlı proses hələ də davam edir”, - Umerov yekunlaşdırıb.

2025-07-23 23:11

Rusiya Ukraynaya onlayn rejimdə işləmək üçün siyasi, hərbi və humanitar məsələlər üç işçi qrupu yaratmağı təklif edib.

"Sizinxeber.az"un məlumatına görə, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski İstanbulun Çırağan sarayında Rusiya və Ukrayna arasında keçirilən danışıqlardan sonra deyib.

"Biz bu dəfə Ukrayna tərəfinə nə təklif etdik? Vergi ödəyicilərinin vaxtına və puluna qənaət etmək üçün nümayəndə heyətimiz daxilində onlayn rejimdə işləyəcək üç işçi qrupu yaratmaq", - Medinski bildirib.

"Ukrayna tərəfi bu təklifə baxmağı öhdəsinə götürüb", - Rusiya nümayəndə heyətinin rəhbəri qeyd edib.

Oxşar xəbərlər

Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə Umerov rəhbərlik edəcək
Rusiya Prezidentinin köməkçisi: Ukrayna üç işçi qrupu üzrə təklifi nəzərdən keçirməyə söz verib
Medinski və Umerov İstanbulda danışıqlardan əvvəl ikitərəfli görüş keçirib
Bu gün Rusiya və Ukrayna nümayəndələrinin İstanbulda görüşü olacaq
Hakan Fidan Rusiya-Ukrayna danışıqlarının açılışında çıxış edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər