Dünyaca məşhur rok ifaçısı vəfat edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
iy
2025
23:00
0
0
1 644
ff aaaaaaa

Dünyaca məşhur rok ifaçısı vəfat edib

22 iy, 2025
23:00
1 644

Dünyaca məşhur rok ifaçısı vəfat edib

Dünyaca məşhur britaniyalı rok ifaçısı Ozzi Osborn 76 yaşında vəfat edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun ailəsindən bildirilib.

"Sevdiyimiz Ozzi Osbornun bu səhər vəfat etməsi xəbərini sözlə ifadə edilməyəcək qədər kədərlə paylaşırıq. O, ailəsinin yanında idi və sevgi ilə əhatə olunmuşdu", - sənətçinin ailə üzvləri bildirib.

Osborn iyunun əvvəlində qurucusu olduğu "Black Sabbath" qrupunun heyəti ilə Birmingemdə vida konserti verib.

2023-cü ilin fevral ayında musiqiçi səhhətindəki problemə görə qastrol fəaliyyətini başa vurduğunu elan edib. 2019-cu ildə ona Parkinson xəstəliyi diaqnozu qoyulub. O, xəstəliyi həkim səhvi ilə izah edib. Belə ki, boyun nahiyyəsində keçirdiyi əməliyyat zamanı sinir ucları zədələnib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul