ABŞ husilərlə əlaqəli neft qaçaqmalçılığı şəbəkəsinə qarşı sanksiyalar tətbiq edir
ABŞ Maliyyə Nazirliyi neft məhsullarının qaçaqmalçılığı və husilər üçün çirkli pulların yuyulması ilə məşğul olan iki fiziki və beş hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
“Report” “The Times of Israel”ə istinadən xəbər verir ki, məhdudiyyətlər Yəmən və BƏƏ-də fəaliyyət göstərən şirkət və şəxslərə şamil edilib.
Qurumun məlumatına görə, məhdudiyyətlərə məruz qalan qurumlar husilərə gəlir və beynəlxalq maliyyə sisteminə çıxış təmin edən neft məhsullarının ən böyük idxalçıları sırasındadır.
“Husilər neft idxalından böyük gəlirlər əldə etmək və onların terror fəaliyyətlərini dəstəkləmək üçün şəxsi maraqları olan iş adamları ilə əməkdaşlıq edirlər. Bu kölgə şəbəkələri husi terror maşınının əsasını təşkil edir. ABŞ Maliyyə Nazirliyi bu cür sxemləri dayandırmaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə davam edəcək”, - ABŞ maliyyə nazirinin müavini Maykl Folkender bildirib.
Oxşar xəbərlər
ABŞ İran neftini daşıyan beş şirkətə və onların tankerlərinə qarşı sanksiya tətbiq edib
ABŞ İrana və husilər üçün fəaliyyət göstərən qurumlarına sanksiyalar tətbiq edib
ABŞ İran və husilərə qarşı sanksiya siyahılarını genişləndirir
ABŞ İran və husilərə qarşı sanksiya siyahılarını genişləndirir
ABŞ SEPAH və husilərə qarşı yeni sanksiyalar tətbiq etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
