ABŞ Martin Lüter Kinqin qətli ilə bağlı 230 mindən çox sənədin məxfiliyini ləğv edib
sizinxeber.az xəbər saytı

ABŞ Martin Lüter Kinqin qətli ilə bağlı 230 mindən çox sənədin məxfiliyini ləğv edib


ABŞ Milli Kəşfiyyat Xidməti amerikalı ictimai xadim Martin Lüter Kinqin qətli ilə bağlı 230 min səhifədən çox sənəd dərc edib.

“Sizinxeber.az” xəbər verir ki, dərc edilmiş sənədlər Federal Təhqiqatlar Bürosunun qeydləri və Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatlarıdır. Bəzi sənədlər ilk dəfə olaraq rəqəmsallaşdırılıb.

Martin Lüter Kinqin hazırda yaşayan iki övladı bu məlumatın dərcinə qarşı çıxıb. Onların fikrincə, bu fayllara tam tarixi kontekstində baxmaq lazımdır.

Nəşr üçün göstəriş Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard tərəfindən verilib. O, ABŞ prezidenti Donald Trampın şəffaflıq üzrə direktivini rəhbər tutub. Əvvəllər onun rəhbərliyi altında prezident Con Kennedinin və onun kiçik qardaşı Robert Kennedinin qətli ilə bağlı sənədlər dərc olunub.

Oxşar xəbərlər

Tramp ABŞ-də tezliklə deportasiya əməliyyatına başlayacağını vəd edib
Kennedinin qətli ilə bağlı 80 min səhifəlik sənəd açıqlanıb
ABŞ hökuməti 60 ildən sonra Kennedinin işi ilə bağlı materialları açıqlayıb
Tramp Kennedi və Martin Lüter Kinqin qətlinə dair sənədlərin ictimailəşdirilməsinə qərar verib
Kennedinin öldürülməsi ilə bağlı 80 min səhifəlik sənəd açıqlanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər