ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
iy
2025
19:00
0
0
1 002
ff aaaaaaa

ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib

21 iy, 2025
19:00
1 002

ABŞ və Türkiyə PKK ilə əlaqəli SDF qruplaşmasına 30 gün vaxt verib

ABŞ və Türkiyə YPG/PKK ilə əlaqəli Suriya Demokratik Qüvvələrinə (SDF) Suriya hökumətinə qoşulmaq üçün 30 gün vaxt verib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Middle East Eye” mənbələrə istinadən bildirib.

Qeyd olunub ki, inteqrasiya olunmayan bölmələr tərk-silah ediləcək, Dəməşq isə tam nəzarəti özündə saxlayacaq.

Qruplaşmanın lideri Mazlum Abdi mart ayında Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa ilə SDF və onların agentliklərinin Dəməşq hökuməti ilə tam birləşməsini nəzərdə tutan saziş imzalayıb.

"Lakin SDF və digər kürd qruplaşmaları muxtariyyət tələb etdikləri və Suriyanın Müdafiə Nazirliyinin rəhbərliyi altında birləşməyə müqavimət göstərdikləri, Suriya ordusunun tərkibində ayrıca hərbi komandanlıq və təşkilati strukturun saxlanılmasında israr etdikləri üçün irəliləyiş dayanıb", - məlumatda deyilir.

Bununla əlaqədar keçən həftə Suriyada keçirilən görüş zamanı ABŞ və Türkiyə rəsmiləri SDF-ə Dəməşq hökumətinə qoşulmaq üçün 30 gün vaxt veriblər.

"SDF-ə bildirilib ki, onların bütün silahlı bölmələri Suriya ordusuna inteqrasiya edilməyəcək. Hökumət qüvvələrinə qoşulmaqdan imtina edən bölmələr tərk-silah ediləcək, ümumi nəzarət isə Suriya hökumətində qalacaq", - mənbələrdən biri bildirib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul