İsrail husilərə məxsus hərbi infrastrukturu məhv edib
sizinxeber.az xəbər saytı

İsrail husilərə məxsus hərbi infrastrukturu məhv edib


İsrail Müdafiə Qüvvələri (IDF) Hudeyda limanına havadan zərbələr endirməklə Yəməndə husilərə məxsus hərbi infrastrukturu məhv edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Hədəflər arasında liman infrastrukturunun bərpası üçün istifadə olunan mühəndis avadanlığı, yanacaq çənləri və liman yaxınlığındakı dəniz ərazisində İsrail dövlətinə və gəmilərə qarşı hərbi fəaliyyət (hücumlar) üçün istifadə olunan gəmilərin olduğu bildirilir.

İsrail husilərin raket və dron hücumlarına cavab olaraq Hudeyda limanına bir neçə dəfə zərbələr endirib. İsrail Müdafiə Qüvvələri bildirir ki, husilər bu limandan terror fəaliyyəti, eləcə də İrandan silah idxalı üçün istifadə edirlər.

Oxşar xəbərlər

İsrail Ordusu Səna hava limanına zərbə endirib
İsrail Yəmənə zərbələr endirib
İsrail Livandakı silah anbarlarına zərbələr endirib
İsrail Hudeydə limanını bombalayıb
İsrail Qəzzada HƏMAS-a məxsus hərbi infrastrukturu məhv edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle