Səudiyyə Ərəbistanının kral ailəsinin üzvü 20 ildən çox komada qaldıqdan sonra vəfat edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
iy
2025
08:00
0
0
1 121
ff aaaaaaa

Səudiyyə Ərəbistanının kral ailəsinin üzvü 20 ildən çox komada qaldıqdan sonra vəfat edib

20 iy, 2025
08:00
1 121

Səudiyyə Ərəbistanının kral ailəsinin üzvü 20 ildən çox komada qaldıqdan sonra vəfat edib

Səudiyyə Ərəbistanında "yatmış şahzadə" kimi tanınan şahzadə Əl-Valid bin Xalid bin Talal əl Səud 36 yaşında vəfat edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə onun atası, şahzadə Xalid bin Talal bin Əbdüləziz X sosial şəbəkəsində məlumat verib.

20 il əvvəl gənc oğlan kadet korpusunda oxuduğu Londonda avtomobil qəzasına düşüb. Ağır kəllə-beyin travmasından sonra Əl-Valid heç vaxt özünə gələ bilməyib. O, 20 ili Ər-Riyad klinikalarından birində komada keçirib.

Həkimlər ailəyə xəbərdarlıq ediblər ki, şahzadənin vəziyyəti ümidsizdir. Lakin ata oğlunun həyat dəstəyi ilə əlaqəsinin kəsilməməsini təkid edib. Xalid bin Talal inanırdı ki, əgər Allah Əl-Vəlidi almaq istəsəydi, qəza zamanı bunu edərdi.

Media onun ölümünün ürəyinin dayanması ilə bağlı olduğunu qeyd edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul