Düsseldorfda yarmarkada pirotexniki vasitənin partlayışı nəticəsində 19 nəfər xəsarət alıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
iy
2025
12:00
0
0
1 237
ff aaaaaaa

Düsseldorfda yarmarkada pirotexniki vasitənin partlayışı nəticəsində 19 nəfər xəsarət alıb

19 iy, 2025
12:00
1 237

Düsseldorfda yarmarkada pirotexniki vasitənin partlayışı nəticəsində 19 nəfər xəsarət alıb

Almaniyanın Düsseldorf şəhərində ənənəvi yarmarkada atəşfəşanlıq zamanı pirotexniki vasitə tamaşaçı kütləsinin üzərinə düşüb, 19 nəfər xəsarət alıb.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Hadisə iyulun 18-də axşam saatlarında baş verib. İlkin məlumatlara görə, buraxılan pirotexniki vasitə yanlış istiqamətdə uçub və tamaşaçı kütləsi arasında partlayıb.

Məlumata görə, bir neçə nəfər xəstəxanaya yerləşdirilib, 4 nəfər ağır xəsarət alıb.

Düsseldorfda Reyn çayı sahilində keçirilən illik yarmarka - "Rheinkirmes" Almaniyada ən böyük xalq bayramlarından biri hesab olunur. Hər il təxminən dörd milyon insan yarmarkaya gedir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul