NATO Baş katibi üç ölkəni Rusiya ilə ticarətə görə sanksiyalarla hədələyib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
iy
2025
03:00
0
0
1 068
ff aaaaaaa

NATO Baş katibi üç ölkəni Rusiya ilə ticarətə görə sanksiyalarla hədələyib

16 iy, 2025
03:00
1 068

NATO Baş katibi üç ölkəni Rusiya ilə ticarətə görə sanksiyalarla hədələyib

Braziliya, Çin və Hindistan Rusiya ilə ticarəti dayandırmasalar, ikinci dərəcəli sanksiyalarla üzləşə bilərlər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Rutte bildirib.

"Mən bu üç ölkəni, xüsusən də əgər siz hazırda Pekində və ya Dehlidə yaşayırsınızsa və ya Braziliya Prezidentisinizsə, buna diqqət yetirməyə çağırıram, çünki bu, sizə çox ağır zərbə vura bilər", - Rutte deyib.

Baş katib onu da vurğulayıb ki, Avropa Ukraynanın sülh danışıqlarında mümkün olan ən yaxşı mövqeyə sahib olması üçün lazımi vəsait ayıracaq.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp 50 gün ərzində Ukrayna ilə bağlı sülh razılaşmasının əldə olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına 100 faizlik gömrük rüsumları tətbiq edəcəyini demişdi.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul