Almaniya XİN: Aİ tezliklə Rusiyaya qarşı sanksiyaların 18-ci paketini qəbul edəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
iy
2025
22:00

Almaniya XİN: Aİ tezliklə Rusiyaya qarşı sanksiyaların 18-ci paketini qəbul edəcək

15 iy, 2025
22:00
453

Almaniya XİN: Aİ tezliklə Rusiyaya qarşı sanksiyaların 18-ci paketini qəbul edəcək

Almaniyanın xarici işlər naziri İohann Vodeful Avropa İttifaqının Slovakiyanın mövqeyinə baxmayaraq, yaxın gələcəkdə Rusiyaya qarşı sanksiyaların 18-ci paketini qəbul edəcəyinə əminliyini bildirib.

"Report" TASS-a istinadən xəbər verir ki, o, bu barədə Berlində sloveniyalı həmkarı Tanya Fayon ilə keçirdiyi mətbuat konfransında deyib.

"Mən bu paketin yaxın gələcəkdə qəbul edilməsinə əminəm. Biz Avropa İttifaqı səviyyəsində danışıqların son mərhələsindəyik. Bu nəticəyə gəlməyimiz vacibdir", - Vodeful vurğulayıb.

XİN başçısı növbəti addım kimi bu sanksiyaların ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi məhdudiyyətlərlə əlaqələndirilməsidir.

Bizimlə əlaqə saxlayın