Çexiya ABŞ-nin Ukrayna üçün silah almaq layihəsində iştirakdan imtina edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
iy
2025
21:00
0
0
1 044
ff aaaaaaa

Çexiya ABŞ-nin Ukrayna üçün silah almaq layihəsində iştirakdan imtina edib

15 iy, 2025
21:00
1 044

Çexiya ABŞ-nin Ukrayna üçün silah almaq layihəsində iştirakdan imtina edib

Çexiya ABŞ-nin Ukraynaya sonrakı tədarük üçün Amerika silahlarının alınması layihəsinə qoşulmağı planlaşdırmır.

“Sizinxeber.az” ČTK agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Petr Fiala bildirib.

“Çexiya Ukraynaya yardım üçün digər layihələrə və yollara diqqət yetirəcək. Məsələn, Qərb ölkələrinin hesabına üçüncü ölkələrdən alınan sursatların tədarükü təşəbbüsü ilə - bu təklif elə ölkəmiz tərəfindən irəli sürülüb. Ona görə də indiki mərhələdə biz ABŞ-nin bu layihəsində iştirak etməyi düşünmürük”, - o deyib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp müasir Amerika silahlarının sonradan Ukraynaya təhvil verilməsi üçün NATO üzvü olan ölkələrə satmaq planlarını açıqlamışdı. Layihənin koordinasiyasını NATO həyata keçirəcək.

Qeyd edək ki, artıq Almaniya, Böyük Britaniya, Finlandiya, Danimarka, İsveç, Norveç, Niderland və Kanada Ukrayna üçün Amerika silahlarının alınmasını maliyyələşdirməyə hazır olduqlarını bildiriblər.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul