Aİ Moldova müxalifətçilərinə və strukturlarına qarşı yeni sanksiyalar tətbiq edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
iy
2025
19:30
0
0
1 151
ff aaaaaaa

Aİ Moldova müxalifətçilərinə və strukturlarına qarşı yeni sanksiyalar tətbiq edib

15 iy, 2025
19:30
1 151

Aİ Moldova müxalifətçilərinə və strukturlarına qarşı yeni sanksiyalar tətbiq edib

Avropa İttifaqı (Aİ) Şurası Moldova müxalifətinin 7 fiziki və 3 hüquqi şəxsinə qarşı yeni sanksiyalar tətbiq edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

Sanksiyalar əsasən siyasi partiyaları qeyri-qanuni maliyyələşdirdiyinə və zorakılığa təhrik etdiyinə görə əvvəllər Aİ-nin sanksiya siyahısına daxil edilmiş İlan Şorun yaxın adamlarına qarşı yönəlib. Yeni siyahıda həmçinin qadağan olunmuş ŞOR partiyasını əvəz edən strukturların rəhbərləri və üzvləri də yer alıblar.

Sanksiyaya məruz qalanların bəziləri prezident seçkilərində və Moldovanın Aİ-yə daxil olması ilə bağlı 2024-cü il konstitusiya referendumunda səsləri satın almaqda, həmçinin Moldova siyasətçilərinə rüşvət verməkdə ittiham olunurlar.

Sanksiyaya məruz qalan təşkilatlar arasında Moskva ilə əlaqəsi olan və seçkilərə təsir etmək cəhdində ittiham olunan “A7” şirkəti, Şorun yaratdığı “Victory/Pobeda” siyasi bloku və seçkilərə müdaxilədə köməklik etməkdə təqsirli bilinən Moldova Mədəniyyət və Təhsil Mərkəzi var.

Ümumilikdə hazırda Aİ-nin Moldovaya qarşı tətbiq etdiyi sanksiyalar 23 fiziki şəxsə və 5 təşkilata təsir edir. Onların Aİ ölkələrinə girişi qadağan edilir, aktivləri dondurulur, onlara maliyyə resursları verilməsi qadağandır.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul