Zelenski xüsusi tribunalın yaradılmasını ratifikasiya etdi və Ottava Konvensiyasının fəaliyyətini dayandırdı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı xüsusi tribunal yaradılmasını, həmçinin piyada əleyhinə minaların qadağan edilməsi haqqında Ottava Konvensiyasının dayandırılmasını ratifikasiya edib.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə Volodimir Zelenski sosial şəbəkələrdə yazıb.
"Yeni tribunal Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə görə cəzanın qaçılmazlığını təmin etməyə çağırır", - deyə Ukrayna dövlət başçısı vurğulayıb.
Zelenskinin sözlərinə görə, Ukrayna müdafiə üçün lazım olan qüvvə və vasitələrdə heç olmasa paritetə nail olmalıdır, bura Rusiya ordusunun istifadə etdiyi silah növlərindən istifadə imkanı da daxildir.
Bundan əlavə, Zelenski bildirib ki, aidiyyəti məmurlara imzalanmış qərarların praktiki həyata keçirilməsi üçün bütün zəruri qanunaltı aktların təxirəsalınmadan hazırlanması və qəbul edilməsi tapşırığını verib.
Daha əvvəl bu gün Ukrayna Ali Radası Avropa Şurası ilə birgə Rusiyanın hərbi təcavüzünə qarşı xüsusi tribunal yaradılması haqqında sənədi təsdiqləyib.
Oxşar xəbərlər
Zelenski Ukraynanın Ottava Konvensiyasından çıxması haqqında fərman imzalayıb
Zelenski Kit Kelloq ilə görüşüb
Zelenski Ottava Konvensiyasının qüvvəsini dayandıran qanunu imzalayıb
Zelenski: Almaniya və Norveç Ukrayna üçün "Patriot" alacaq
Volodimir Zelenski: Rusiya danışıqlara hazır deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













