15
iy
2025
17:00
yuxarı
KİV: Aİ Slovakiyaya Rusiya qazından imtina etmək üçün zəmanətlər verəcək
KİV: Aİ Slovakiyaya Rusiya qazından imtina etmək üçün zəmanətlər verəcək
Avropa İttifaqı (Aİ) Slovakiyaya Rusiya qazından imtina etmək üçün lazımi zəmanətlər verəcək ki, bu da Rusiyaya qarşı yeni sanksiyalar barədə danışıqların açılmasına kömək edəcək.
Bu barədə “Sizinxeber.az” “Reuters” agentliyinə istinadən xəbər verir.
Agentlik qeyd edib ki, Avropa Komissiyası Slovakiyanın Baş naziri Robert Fitsoya məktub göndərib. Təşkilat orada blokun 2028-ci ilə qədər Rusiya qazının idxalını dayandırmaq təklifi ilə bağlı Slovakiyanın narahatlıqlarının həlli üzərində işləyəcəyinə dair təminat verib.
Slovakiya öz narahatlıqları həll olunana qədər Aİ-nin Rusiyanın əleyhinə son sanksiyalar paketini bloklamağa davam edir.
