Zelenskinin müşaviri: Ukrayna müharibə üçün lazım olan hər şeyin təxminən 50%-ni özü istehsal edir
Ukrayna müharibə üçün lazım olan hər şeyin təxminən 50%-ni özü istehsal edir.
Bunu “Report”a müsahibəsində Ukraynanın Prezident ofisinin müşaviri Pavel Palisa deyib.
O qeyd edib ki, Ukrayna bu həcmləri artırmağa hazırdır:
“Əminəm ki, yaxın zamanda Ukrayna dünyanı bir neçə dəfə təəccübləndirəcək. Əlbəttə, biz hava məkanının müdafiəsi, müxtəlif mənzilli və müxtəlif hədəflərə qarşı spesifik işləyən komplekslər üzərində işləyirik. Bütün bunlar ərazimizi, hava məkanımızı ballistik raketlərdən, müxtəlif növ qanadlı raketlərdən, həmçinin "Shahed" tipli dronlardan qorumaq üçün edilir”.
P.Palisanın sözlərinə görə, artıq tamamlanma mərhələsində olan bir çox texnoloji həllər var və yaxın zamanda onları işdə görmək mümkün olacaq.
“Döyüş şəraitində uğurla sınaqdan keçmiş və düşmənin hiyləgər planları şəraitində real tapşırıqların yerinə yetirilməsi üçün istifadə edilən həllər də var. Biz öz zenit-raket komplekslərimizin hazırlanmasına böyük səylər göstəririk, ballistik, aeroballistik, hipersəsli raketləri vurmaq üçün səmərəli həll üzərində işləyirik, həmçinin "Shahed"ləri məhv etmək üçün səmərəli və ucuz üsul üzərində çalışırıq”.
Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.
Oxşar xəbərlər
Prezident Ofisinin müşaviri: Ukrayna hərbçiləri Rusiya üçün yeni sürprizlər hazırlayır - MÜSAHİBƏ
Zelenski: Ukraynanın qələbə planı 90%-dən çox hazırdır
Zelenski: Ukrayna 10 milyard avro dəyərində təxminən 200 sazişin imzalanmasına hazırdır
Mixaylo Podolyak: "Taxıl dəhlizi" Rusiyasız səmərəli işləyir və 8 milyon tondan çox yük daşınıb"
Podolyak: Ukrayna Rusiya ilə danışıqlara hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
Vuçiç mayın 24-28-də Çinə səfər edəcək
-
Rusiya Ermənistan istehsalı olan bir sıra şərab və konyakların satışına qadağa qoyub
