NYT: FTB əməkdaşlarını daha tez-tez sınaqdan keçirməyə başlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
iy
2025
06:30

NYT: FTB əməkdaşlarını daha tez-tez sınaqdan keçirməyə başlayıb

11 iy, 2025
06:30
402

NYT: FTB əməkdaşlarını daha tez-tez sınaqdan keçirməyə başlayıb

ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) Keş Patel quruma rəhbərlik edəndən sonra əməkdaşları yalan detektoru ilə daha tez-tez sınaqdan keçirməyə başlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, FTB adətən agentləri arasında potensial və ya faktiki xainləri müəyyən etmək üçün poliqrafdan istifadə edib. İndi isə testlər işçilərin FTB direktoru Patelə münasibətini öyrənməyə həsr olunub. Sınaqların sayı onlarla ölçülür, baxmayaraq ki, büro rəhbəri ilə bağlı konkret soruşulanların sayı məlum deyil.

Dindirmələrin xarakteri, o cümlədən yalan detektorunun istifadəsi FTB rəhbərinin ictimaiyyətin gözündə onun imicinə diqqət yetirməsindən xəbər verir. Mənbələrin dediyinə görə, araşdırmalar siyasi motivlidir.

FTB kadrlar və daxili məsələlərə istinad edərək, mövzu ilə bağlı NYT-yə şərh verməkdən imtina edib.

Bizimlə əlaqə saxlayın