Fransa və Britaniya Ukraynada atəşkəs üçün birgə hərbi korpus yaratmağa hazırdır
Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynada atəşkəsi təmin etmək üçün hərbi qüvvə yaratmaq planlarını açıqlayıblar.
"Report"un xəbərinə görə, onların NATO-nun Nortvuddakı komandanlıq mərkəzində keçirdiyi mətbuat konfransı Fransa mətbuatı tərəfindən yayımlanıb.
Makronun sözlərinə görə, Ukraynada atəşkəsi təmin etmək üçün beynəlxalq qüvvələrin əsasına çevrilmək üçün nəzərdə tutulmuş Fransa-Britaniya birgə ekspedisiya kontingentinin sayı 50 min hərbçiyə çata bilər.
"Biz bu birləşmiş qüvvələrin sayını briqada səviyyəsindən ordu korpusu səviyyəsinə qədər artırırıq, yəni genişmiqyaslı əməliyyata cəlb oluna bilən hərbçilərin sayı 50 minə qədər ola bilər", - Fransa lideri bildirib.
Onun sözlərinə görə, bu qüvvələr həm də “digər Avropa tərəfdaşlarını birləşdirə” və NATO-nun istifadəsinə verilə biləcək.
Starmer bildirib ki, koalisiyanın Parisdə qərargahı artıq fəaliyyətdədir və Kiyevlə məsləhətləşmələr əsasında idarəetmə strukturlarını yekunlaşdırır. Bir il sonra qərargah Londona köçürüləcək.
İki lider bu barədə ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun da daxil olduğu “arzu edən ölkələrin koalisiyası”nın videokonfransına birgə ev sahibliyi etdikdən sonra açıqlama verib.
Oxşar xəbərlər
Fransa, Almaniya və Böyük Britaniya Ukraynada sülhə nail olmağa kömək edə bilər
Britaniya və Fransa gələn həftə "istəklilər koalisiyası"nın iclasını keçirəcək
Makron, Merts, Starmer və Tusk Kiyevə gediblər
Makron Ukraynada 40 min hərbçidən ibarət sülhməramlı missiyanın yerləşdirilməsini təklif edir
Fransa və Britaniya Ukraynaya hərbi heyət göndərəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi istehlak xərclərinin 77 %-ini formalaşdırıb
-
Azərbaycan qlobal miqyasda artan nüfüzunu bir daha təsdiq etdi - RƏY
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
WUF13: Bakının qlobal şəhərsalma gündəmini formalaşdıran tarixi uğuru - TƏHLİL
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
