Husilərin lideri: Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər Qəzza zolağında münaqişə həll olunana qədər İsrailə gedən və ya onunla əməkdaşlıq edən şirkətlər tərəfindən idarə olunan gəmilərə hücumlarını davam etdirəcəklər.
“Sizinxeber.az” “Al Masirah” telekanalına istinadən xəbər verir ki, bu barədə üsyançıların lideri Əbdül Malik əl-Husi bildirib.
“Bəzi gəmiçilik şirkətləri qadağalarımızı pozmağa başlayıb və blokadaya məhəl qoyula bilməyəcəyini düşündüklərindən Umm ər-Rəşraş limanına (Eylat şəhəri - red.) daşınmalar həyata keçirməyə başlayıblar. Pozuntuya yol vermiş şirkətlərə məxsus iki gəminin batırılması ilə nəticələnən əməliyyatlar İsrailin Qəzzaya qarşı təcavüzü başa çatdırılmayınca və anklavın blokadasını aradan qaldırmayınca İsrail istiqamətində gəmiçiliyin qadağan olduğunu təsdiqləyir”, - o deyib.
Əl-Husi xatırladıb ki, yəmənli üsyançıların Ədən körfəzi, Qırmızı dəniz və Ərəbistan dənizi suları vasitəsilə gəmiçiliyi qadağan etmək qərarı ləğv edilməyib və İsrail ordusu Qəzzada əməliyyatı dayandırana qədər qüvvədə qalacaq.
“Qırmızı dənizdə baş verənlər aşkar dərsdir: Düşmən İsrail ilə işləməyə davam edən bütün gəmiçilik şirkətləri sərt tədbirlərlə üzləşəcək”, - deyə əl-Husi fikrini yekunlaşdırıb.
Oxşar xəbərlər
Husilər əməliyyat bitənə qədər İsrailə hücumlarını davam etdirəcək
ABŞ və İsrail Qəzzaya hücum edəcəyi halda husilər də bu ölkələrin obyektlərinə zərbə endirəcək
Husilər Qəzzada əməliyyatın bərpa olunacağı təqdirdə İsrailə hücum etməyə hazırdır
Husilər ABŞ-nin “Harri Truman” aviadaşıyıcısına pilotsuz təyyarələrlə hücum edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi istehlak xərclərinin 77 %-ini formalaşdırıb
-
Azərbaycan qlobal miqyasda artan nüfüzunu bir daha təsdiq etdi - RƏY
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
