Qaqauziya rəhbərinin ev dustaqlığı daha 30 gün müddətinə uzadılıb
Kişineu Rayon Məhkəməsi Qaqauz Muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun ev dustaqlığının daha 30 sutka uzadılması ilə bağlı prokurorların vəsatətini təmin edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Prokuror Adrian Skutarunun Yevgeniya Qutsulun ev dustaqlığının iyulun 13-dən 30 gün müddətinə uzadılması barədə vəsatəti təmin edilib”, - hakim Sergey Çobanu hökmü oxuyub.
Qutsulun vəkili Nataliya Bayram bu qərara Apellyasiya Palatasında etiraz edəcəyini bildirib. O hesab edir ki, hakimə təzyiq edilib. N.Bayram vurğulayıb ki, iclas zamanı hakimə İnformasiya və Təhlükəsizlik Xidmətinin rəisinin məktubu təqdim olunub. “Məktubda heç bir konkret məlumat yoxdur. Lakin biz bunu hakimin qərarına təzyiq cəhdi kimi qiymətləndiririk. Prokuror bu məktubu hansı məqsədlə gətirib? Hədə-qorxu gəlmək üçün. Hədə-qorxu gəldilər də”, - vəkil qeyd edib.
Oxşar xəbərlər
Kişineu məhkəməsi Qutsulu ev dustaqlığına buraxıb
Yevgeniya Qutsulun həbs müddəti daha 30 gün uzadılıb
Yevgeniya Qutsulun ev dustaqlığının müddəti daha 30 gün uzadılıb
Qutsulun ev dustaqlığı daha 30 gün uzadılıb
Yevgeniya Qutsul ev dustaqlığına buraxılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Premyer Liqa: "Neftçi" mövsümü qələbə ilə başa vurub
