İsrail HƏMAS-ın əsas terror təşkilatçısının məhv edildiyini açıqlayıb - YENİLƏNİB-2 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
iy
2025
01:30

İsrail HƏMAS-ın əsas terror təşkilatçısının məhv edildiyini açıqlayıb - YENİLƏNİB-2

09 iy, 2025
01:30
550

İsrail HƏMAS-ın əsas terror təşkilatçısının məhv edildiyini açıqlayıb - YENİLƏNİB-2

İsrail Müdafiə Ordusu Tripolidə HƏMAS-ın əsas terror təşkilatçısı Maharan Mustafa Bacuru öldürüb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb.

İsrail tərəfinin bildirdiyinə görə, "Hizbullah" hərəkatı tərksilahla bağlı təzyiqlər fonunda daha da eskalasiyaya hazırlaşır və bununla bağlı təşkilatın yüksək rütbəli məmurlarının məhvi davam edəcək.

İsrail Hərbi Hava Qüvvələrinin HƏMAS-ın Livandakı hərbi qanadının planlaşdırma rəhbəri adlandırılan Bacurun məhv edilməsi məqsədilə Tripoli bölgəsində avtomobili vurduğu dəqiqləşib.

2025-07-08 23:44

Livanda İsrail ordusunun HƏMAS-ın yüksək rütbəli üzvünün avtomobilini vurması nəticəsində iki nəfər həlak olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin bəyanatında bildirilib.

Hadisə Tripolinin Əl-İruniyyə bölgəsində qeydə alınıb.

Daha üç nəfər yaralandığı deyilir.

19:45

İsrail Hərbi Hava Qüvvələri Livanın şimalındakı Tripoli şəhərinə hava zərbəsi endirib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, hücumun hədəfi Fələstinin HƏMAS hərəkatının sıralarındakı “əsas terrorçu” kimi tanınan şəxs olub.

Hücumla bağlı başqa təfərrüatlar hələlik açıqlanmayıb.

Bizimlə əlaqə saxlayın