08
iy
2025
16:00

yuxarı
İran XİN Donald Trampın Tehranın Vaşinqtonla danışıqlara hazır olması barədə bəyanatlarını təkzib edib

İran XİN Donald Trampın Tehranın Vaşinqtonla danışıqlara hazır olması barədə bəyanatlarını təkzib edib
İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Donald Trampın Tehranın Vaşinqtonla danışıqlarda maraqlı olması barədə bəyanatlarını rədd edib.
"Report" xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi İsmail Bəqai bildirib.
"Bizim tərəfimizdən ABŞ tərəfinə görüş ilə bağlı heç bir sorğu göndərilməyib", - o vurğulayıb.
İ.Bəqai D.Trampın bəyanatlarını ABŞ-yə inamın itirilməsi fonunda güc nümayiş etdirmək cəhdi adlandırıb.