02
iy
2025
01:30

yuxarı
Merts: Rusiya qarşı 18-ci sanksiya paketi ilə bağlı yekun müzakirələr aparılır

Merts: Rusiya qarşı 18-ci sanksiya paketi ilə bağlı yekun müzakirələr aparılır
Almaniyanın Kansleri Fridrix Merts Slovakiya hökuməti ilə Rusiyaya qarşı 18-ci sanksiya paketi ilə bağlı danışıqların həlledici mərhələyə daxil olduğunu bildirib.
"Sizinxeber.az"un məlumatına görə, o, bu bəyanatı ARD telekanalına müsahibəsində verib.
"Yeni sanksiyalar, 18-ci paket, Slovakiya hökuməti ilə danışıqların son mərhələsində diqqət mərkəzindədir. Biz problemi həll etməyə çalışırıq. İndi işgüzar səviyyədə kompromis axtarılır, o tapılacaq və sonra 18-ci sanksiya paketi qüvvəyə minəcək. Biz bunu həyata keçirəcəyik", - deyə kansler bildirib.
Onun sözlərinə görə, "bu, 3,5 il ərzində ən sərt paketdir".