
Ekvadorda dövlət vəsaitini mənimsəyən keçmiş vitse-prezidentə hökm oxunub

Ekvadorda dövlət vəsaitini mənimsəyən keçmiş vitse-prezidentə hökm oxunub
Ekvadorda məhkəmə keçmiş vitse-prezident Xorxe Qlas və yenidənqurma komitəsinin keçmiş katibi Karlos Bermudes barədə qərar qəbul edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
İstintaq müəyyən edib ki, məmurlar zərər çəkmiş Manabi və Esmeraldas əyalətlərinə yardım üçün nəzərdə tutulmuş büdcə vəsaitlərindən sui-istifadə ediblər. Vəsaitlər fəlakətin nəticələrinə aidiyyatı olmayan layihələrə, o cümlədən zəlzələdən zərər görməyən obyektlərə və yararsız yerlərdə tikintiyə yönəldilib.
Hər iki şəxs 2016-cı ildə baş vermiş dağıdıcı zəlzələdən sonra bərpa üçün ayrılmış dövlət vəsaitini mənimsəməkdə ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum ediliblər.