İşgəncələrə Qarşı Komitə: Fransa polisinin həddən artıq güc tətbiq etməsi mülki şəxslərin ölüm hallarına səbəb olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
in
2025
18:00

İşgəncələrə Qarşı Komitə: Fransa polisinin həddən artıq güc tətbiq etməsi mülki şəxslərin ölüm hallarına səbəb olub

30 in, 2025
18:00
546

İşgəncələrə Qarşı Komitə: Fransa polisinin həddən artıq güc tətbiq etməsi mülki şəxslərin ölüm hallarına səbəb olub

BMT İnsan hüquqları Ali Komissarlığının ofisinin İşgəncələrə Qarşı Komitəsinin Fransa ilə bağlı toplantısında ölkədə polis zorakılığı ilə bağlı məsələ qaldırılıb.

“Report”un məlumatına görə, komitənin Fransa üzrə həmməruzəçisi və ekspert Xorxe Kontesse (Jorge Contesse) qeyd edib ki, yol hərəkəti qaydalarına nəzarətin həyata keçirilməsi və etiraz aksiyaları zamanı Fransa polisi tərəfindən həddindən artıq güc tətbiq edilməsi bəzi hallarda mülki şəxslərin ciddi xəsarət almasına, hətta ölüm hallarına səbəb olub:

“2017-ci ildə qəbul edilmiş və polis əməkdaşlarına ciddi təhlükə törədilməsi ehtimalı olan mülki şəxslərə qarşı atəş açmağa icazə verən qanunun həmin ildən etibarən polis müdaxilələri nəticəsində baş verən ölüm hallarının artmasına səbəb olub”.

Fransanı təmsil edən nümayəndə heyətinin üzvləri bildiriblər ki, məhkəmələr zorakılığın həddindən artıq tətbiq olunması hallarında müvafiq cəzalar, o cümlədən həbs cəzaları tətbiq edib.

“2021-ci ildə həddindən artıq güc tətbiq edilməsi ilə bağlı 350 hal qeydə alınıb”, - toplantıda bildirilib.

Bizimlə əlaqə saxlayın