Sorğu: Fransızların 80 %-i hazırkı baş nazirin fəaliyyətindən narazıdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
in
2025
16:00

Sorğu: Fransızların 80 %-i hazırkı baş nazirin fəaliyyətindən narazıdır

30 in, 2025
16:00
326

Sorğu: Fransızların 80 %-i hazırkı baş nazirin fəaliyyətindən narazıdır

Fransa əhalisinin 80 %-i hazırkı baş nazir Fransua Bayrudan narazıdır və bu, 1958-ci ildən bəri bütün hökumət başçıları arasında rekord göstəricidir.

“Report” xəbər verir ki, bunu Fransa İctimai Rəy İnstitutunun (Ifop) saytında dərc edilmiş sorğunun nəticələri göstərir.

Respondentlərin yalnız 20 %-i onun fəaliyyətindən razıdır.

Qeyd olunur ki, siyasətçi ölkə əhalisi arasında fəaliyyətsizliklə assosiasiya olunur və nüfuzlu Notre-Dame-de-Bettaram katolik məktəbində şagirdlərə qarşı cinsi zorakılığın gizlədilməsi ilə bağlı qalmaqalın mərkəzində yer alır.

Sorğu 18-26 iyun tarixlərində 18 yaşdan yuxarı 2000 fransız arasında onlayn qaydada keçirilib. Xəta payı 1-2,2 faiz bəndidir.

Bizimlə əlaqə saxlayın