Fransada sifarişlə öldürmə xidməti fəaliyyətə başlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
in
2025
01:30

Fransada sifarişlə öldürmə xidməti fəaliyyətə başlayıb

29 in, 2025
01:30
525

Fransada sifarişlə öldürmə xidməti fəaliyyətə başlayıb

Fransada “Telegram” messencerində işlədiyi iddia edilən “UberKills” adlı sifarişli öldürmə xidməti yaranıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Bu xidmət vasitəsilə artıq ən azı bir qətlin törədildiyi iddia edilir. Cari ilin aprel ayında Fransanın şərqindəki Vol-an-Velen şəhərində narkotik alverçisi Abdel Hakim B. başından güllələnib.

“UberKills”dən əlavə, ölkədə qida çatdırılması kimi maskalanan “UberShit” adlı narkotik kuryer xidməti də mövcuddur. Lyon polisi bu tendensiyanı cinayətin uberizasiyası adlandırıb.

Bundan əvvəl Fransada bəzi şəxslər küçə musiqisi festivalı zamanı 145 yeniyetməyə içərisində naməlum maddə olan şprislər vurublar. Nəticədə bir neçə zərərçəkən xəstəxanaya yerləşdirilib.

Bizimlə əlaqə saxlayın