Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
in
2025
21:00

Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb

28 in, 2025
21:00
445

Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb

ABŞ Prezidenti Donald Tramp ölkədəki kütləvi iğtişaşlarla əlaqəli olan təşkilatlara dövlət vəsaitlərinin verilməsini dayandırmağı tapşırıb.

"Report" xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

D.Tramp ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Kevin Kayli tərəfindən hazırlanan qanun layihəsinin dərhal qəbul edilməsini dəstəklədiyini qeyd edib.

Sənəd ölkədəki kütləvi iğtişaşlarda iştirak edən və ya onları hazırlayan təşkilatların dövlət tərəfindən maliyyələşdirilməsinə qadağa qoyulmasını nəzərdə tutur.

"Mən administrasiyama belə radikal qruplara qanun layihəsindən asılı olmayaraq heç bir vəsait ödəməməyi tapşırıram", - D.Tramp yazıb.

Bizimlə əlaqə saxlayın