Zelenski Dudanı ordenlə təltif edib - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
in
2025
14:30

Zelenski Dudanı ordenlə təltif edib - YENİLƏNİB

28 in, 2025
14:30
550

Zelenski Dudanı ordenlə təltif edib - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski Polşa Prezidentini "Azadlıq" ordeni ilə təltif etmək barədə fərman imzalayıb.

"Report" xəbər verir ki, bu barədə “İnterfaks-Ukraina” məlumat yayıb.

Qeyd olunub ki, Andjey Duda "Ukrayna-Polşa beynəlxalq əməkdaşlığının möhkəmləndirilməsində, Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsində göstərdiyi şəxsi xidmətlərinə görə" ordenlə təltif edilib.

11:23

Polşa Prezidenti Andjey Duda elan olunmamış səfərlə Ukraynaya gedib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Prezident Administrasiyasına istinadən məlumat yayıb.

"Prezident Andjey Duda Kiyevə səfər edib. Səfərin proqramında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş var", - məlumatda bildirib.

Qeyd edək ki, iyun ayının əvvəlində Duda Ukrayna Prezidenti Volodimir Zelenskiyə prezidentlik müddəti başa çatanadək Ukraynaya səfər edəcəyini bildirmişdi.

Xatırladaq ki, A.Dudanın prezidentlik müddəti bu il avqustun 6-da başa çatır.

Bizimlə əlaqə saxlayın