Tramp İrana təşəkkürünü bildirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
in
2025
01:00

Tramp İrana təşəkkürünü bildirib

24 in, 2025
01:00
391

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Amerika lideri “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, ABŞ Hərbi Hava Qüvvələrinin Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə zərbələrindən sonra İranın cavab hücumunu "zəif" adlandırıb.

“14 raket atılıb – 13-ü vurulub, biri isə təhlükəsiz istiqamətdə hərəkət etdiyi üçün buraxılıb. Məmnuniyyətlə bildirirəm ki, amerikalılardan heç kim yaralanmayıb və demək olar ki, heç bir ziyan dəyməyib. İrana əvvəlcədən xəbərdarlıq etdiyinə görə təşəkkürümü bildirmək istəyirəm, bunun sayəsində heç kim ölməyib və xəsarət almayıb”, – Tramp qeyd edib.

Bizimlə əlaqə saxlayın