KİV: ABŞ-nin Suriyadakı hərbi bazası yüksək hazırlıq vəziyyətinə gətirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
in
2025
23:08

KİV: ABŞ-nin Suriyadakı hərbi bazası yüksək hazırlıq vəziyyətinə gətirilib

23 in, 2025
23:08
342

KİV: ABŞ-nin Suriyadakı hərbi bazası yüksək hazırlıq vəziyyətinə gətirilib

ABŞ-nin Suriyanın şimal-şərqindəki Qəsrukdəki iri hərbi bazası İran və onun nəzarətində olan silahlı qrupların potensial hücum təhlükəsi səbəbindən yüksək hazırlıq vəziyyətinə gətirilib.

“Report” xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb.

Məlumata görə, ABŞ ordusu mümkün hücumu dəf etmək üçün hava hücumundan müdafiə sistemlərini hazırlayıb.

Suriyanın təhlükəsizlik xidmətindəki mənbə bildirib ki, şimal-şərqdəki Həsəkə əyalətində qalan ABŞ qüvvələrinin əsas hissəsi Qəsrükda cəmlənib.

Bundan əvvəl İranın "Mehr" agentliyi ABŞ-nin bu hərbi obyektinin günün birinci yarısında minaatanlardan atəşə tutulduğunu bildirmişdi.

Bizimlə əlaqə saxlayın