Aİ-nin xarici işlər nazirləri Çinlə münasibətləri müzakirə ediblər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
in
2025
21:00

Aİ-nin xarici işlər nazirləri Çinlə münasibətləri müzakirə ediblər

23 in, 2025
21:00
388

Aİ-nin xarici işlər nazirləri Çinlə münasibətləri müzakirə ediblər

Avropa İttifaqı (Aİ) Çinlə münasibətlərinə real yanaşmalıdır.

"Report"un Avropa Bürosunun məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

"Çin Aİ-nin ən böyük ticarət tərəfdaşlarından biridir. Biz iqlim dəyişikliyi kimi məsələlərdə yaxından əməkdaşlıq edirik", - o bildirib.

Kallas həmçinin vurğulayıb ki, Çin Rusiyanın müharibəsinə şərait yaradır:

"NATO hesab edir ki, Çin Rusiyanın Ukraynaya qarşı müharibəsində əsas tərəfdaşdır. O, kiberhücumlar həyata keçirir, demokratiyalarımıza müdaxilə edir, məcburi ticarət təcrübələrindən istifadə edir".

Aİ-nin ali nümayəndəsi qeyd edib ki, bütün bunlar Aİ ilə Çin arasında münasibətlərin gələcək məhsuldar inkişafına mane olmaqla, gərginliyə yol açır. Ona görə də bu məsələnin gələn ay keçiriləcək Aİ-Çin sammitindən əvvəl keçiriləcək iclasda müzakirə olunması qərara alınıb.

Bizimlə əlaqə saxlayın