Qətər XİN ABŞ səfirliyinin təhlükəsiz yerə sığınmaq çağırışlarına aydınlıq gətirib - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
in
2025
17:30

Qətər XİN ABŞ səfirliyinin təhlükəsiz yerə sığınmaq çağırışlarına aydınlıq gətirib - YENİLƏNİB

23 in, 2025
17:30
358

Qətər XİN ABŞ səfirliyinin təhlükəsiz yerə sığınmaq çağırışlarına aydınlıq gətirib - YENİLƏNİB

ABŞ səfirliyinin Qətər dövlətində ehtiyat tədbirlərinə riayət etmək və ya müəyyən yerləri ziyarət etməkdən çəkinmək zərurəti barədə tövsiyələri konkret təhdidlərin mövcudluğu demək deyil.

“Sizinxeber.az”un məlumatına görə, bu barədə Qətər XİN-in sosial şəbəkələrdəki məlumatında deyilir.

Daha əvvəl ABŞ diplomatik missiyası ABŞ vətəndaşlarına növbəti bildirişə qədər təhlükəsiz yerə sığınmağı tövsiyə edən məlumat yaymışdı.

"Bir sıra səfirliklərin yaydığı bildirişlər bəzi ölkələrin öz vətəndaşlarının təhlükəsizliyi ilə bağlı məlumatların aktuallaşdırılması və səyahət tövsiyələri ilə əlaqədar rəhbər tutduğu ümumi siyasətin bir hissəsidir. Bu, təhdidlərin olduğuna dəlalət etmir", - məlumatda bildirilir.

15:45

ABŞ-ın Qətərdəki səfirliyi bu ölkədəki vətəndaşlarına növbəti bildirişə qədər olduqları yeri tərk etməməyi tövsiyə edib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə The Times of Israel məlumat yayıb.

Məlumata görə, səfirlik Qətərdəki ABŞ vətəndaşlarına elektron məktub göndərib.

Məktubda qeyd olunur ki, tövsiyə "ehtiyat tədbirləri" səbəbindən verilib. Əlavə məlumat verilməyib.

Bizimlə əlaqə saxlayın