İranın səması üzərində İsrail PUA-sı vurulub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
in
2025
10:30

İranın səması üzərində İsrail PUA-sı vurulub

23 in, 2025
10:30
433

İranın səması üzərində İsrail PUA-sı vurulub

Bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) Lorestan əyalətində yerləşən Xürrəmabad şəhəri yaxınlığında İsrailin “Hermes” pilotsuz uçuş aparatının (PUA) vurulduğunu bildirib.

“Sizinxeber.az”un “Times of Israel”ə istinadən verdiyi məlumata görə, İsrail Müdafiə Qüvvələri (IDF) Komandanlığı bu məlumatı təsdiqləyib.

IDF dəqiqləşdirib ki, PUA əməliyyat tapşırığını yerinə yetirərkən "yer-hava" tipli raketlə vurulub.

Bizimlə əlaqə saxlayın