Dəniz quldurları Türkiyə gəmisinə hücum etdi: Azərbaycanlı mühəndis öldürüldü - FOTOSizinxeber.az – Azərbaycan Xəbərləri

9 Mart 2021 - 04:41

Dəniz quldurları Türkiyə gəmisinə hücum etdi: Azərbaycanlı mühəndis öldürüldü – FOTO

Dəniz quldurları Türkiyə gəmisinə hücum etdi: Azərbaycanlı mühəndis öldürüldü – FOTO
ƏLAVƏ OLUNUB :

24 Yanvar 2021 - 1:06

Dəniz quldurları Türkiyə gəmisinə hücum etdi: Azərbaycanlı mühəndis öldürüldü – FOTO
Nigeriyalı dəniz quldurları Türkiyəyə məxsus “Motsart” adlı gəmiyə hücum edib. Gəminin heyət üzvləri arasında olan azərbaycanlı öldürülüb.
Bu barədə “Haber Global” məlumat yayıb.
“Boden” adlı Türkiyə şirkətinə məxsus gəmi Liberiya bayrağı altında üzüb. O, Nigeriyanın Laqos şəhərindən Cənubi Afrikanın Keyptaun şəhərinə gedirmiş. Gəminin 19 nəfərlik heyəti olub. Onların arasında azərbaycanlı mühəndisin olduğu bildirilir.
İlkin məlumatlara görə, gəminin heyət üzvlərindən 15 nəfəri zorla aparılıb.
Gəminin ikinci mühəndisi öldürülüb. Öldürülən şəxsin azərbaycanlı Fərman İsmayılov olduğu qeyd olunur.
Gəminin dördüncü kapitanı radardan başqa bütün sistemlərin söküldüyünü, gəminin hazırda dəniz quldurlarının verdiyi koordinantlar əsasında hərəkət etdiyini bildirib.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.