Rusiyanın məşhur repçisi Denis Ustmenko (Ciqan) dördüncü dəfə ata olacağını təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, o və xanımı Oksana Samoylova instaqram səhifələrində şəkil paylaşaraq xoş xəbəri hamıyla bölüşüblər. Oksana fotoya “biz də şokdayıq”, Ciqan isə “Əzizim, çox sağ ol” şərhini yazıb.
Qeyd edək ki, cütlük uzun müddətdir evlidir. Onların bu nikahdan 3 qız övladı var.