Главная > Avropa > Rusiya 1200-dən çox hərbçinin meyitini Ukraynaya təhvil verib

Rusiya 1200-dən çox hərbçinin meyitini Ukraynaya təhvil verib


11-06-2025, 14:50. Разместил: Rss Bot Apa

Rusiya 1212 hərbçinin meyitini Ukraynaya təhvil verib.

APA xəbər verir ki, bu barədə Hərbi Əsirlərlə üzrə Koordinasiya Qərargahı məlumat yayıb.

Meyitləri təhvil verilənlər Rusiyanın Kursk, Ukraynanın Xarkov, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərində həlak olublar.

Beynəlxalq Qızıl Xaç Komitəsi prosesə köməklik göstərib.

“Hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə mərhumun şəxsiyyətini ən qısa zamanda müəyyən edəcək”, - məlumatda deyilir.

Qeyd edək ki, Rusiya və Ukrayna hərbçilərin meyitlərinin təhvil verilməsi ilə bağlı iyunun 2-də İstanbulda razılığa gəliblər.


Вернуться назад