DataLife Engine / ABŞ hərbçisi Macarıstanda təlimlərə hazırlaşarkən həlak olub

ABŞ hərbçisi Macarıstanda təlimlərə hazırlaşarkən həlak olub

İyunun 5-də Macarıstanda Kroft düşərgəsi yaxınlığında “Saber Guardian 25” təlimlərinə hazırlaşarkən ABŞ-ın 101-ci Hava Desant Diviziyasının hərbçisi qəza nəticəsində həlak olub.

APA xəbər verir ki, bu barədə diviziya komandanlığından məlumat verilib.

Mərhum 101-ci Hava Desant Diviziyasının 2-ci Səyyar Döyüş Briqadasında atıcı kimi xidmət edən çavuş olub.

ABŞ ordusunun məlumatına görə, o, hərbi texnikanın iştirakı ilə baş verən qəza nəticəsində ölümcül yaralanıb.

Əlavə məlumat verilməyib, hadisənin səbəbi araşdırılır.

8-06-2025, 02:50
Вернуться назад