Fransa Xarici İşlər Nazirliyi Ermənistanla əməkdaşlığı əlaqələndirmək üçün analoqu olmayan xüsusi koordinator vəzifəsi yaradıb.
APA-nın Ermənistan KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Ermənistan-Fransa arasında mərkəzləşdirilməmiş əməkdaşlıq üzrə 5-ci konfransda açıqlayıb.
Səfir Dekotini bildirib ki, Ermənistan və Fransa arasında əlaqələr çoxşaxəli xarakter daşıyır və bu səbəbdən əməkdaşlıq proseslərinin səmərəli idarə olunması üçün xüsusi koordinasiya vacibdir. Yeni vəzifənin yaradılması iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edəcək.
Zəhra Əhədova