Главная > Avropa > Rusiyalı jurnalist Mixail Zıqar 8,5 il həbs cəzası alıb
Rusiyalı jurnalist Mixail Zıqar 8,5 il həbs cəzası alıb23-07-2024, 15:50. Разместил: Rss Bot Apa |
|
Rusiyada jurnalist qiyabi olaraq 8 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. APA Rusiya mətbuatına istinadən xəbər verir ki, 2015-ci ilədək “Dojd” telekanalının baş redaktoru olan 43 yaşlı Mixail Zıqar Rusiya ordusu barədə yalan məlumatların yayılmasında təqsirli bilinib. Qeyd edək ki, o fəaliyyətinə 2000-ci ildən “Kommersant” Nəşriyyat Evində hərbi jurnalist kimi başlayıb. 2009-2010-cu illərdə “Русский Newsweek” jurnalının baş redaktor müavini olub. 2010-2015-ci illər arasında “Дождь” telekanalının baş redaktoru vəzifəsində çalışan M. Zıqar Rusiyadakı siyasi mühitə aid bir sıra kitabların müəllifi olub. Onun jurnalist araşdırmaları “Вся кремлёвская рать”, “Империя должна умереть” və “Все свободны” adlı kitablarında toplanıb.
Вернуться назад |