Главная > Avropa > Tbilisidə ticarət mərkəzində güclü yanğın olub - VİDEO - YENİLƏNİB
Tbilisidə ticarət mərkəzində güclü yanğın olub - VİDEO - YENİLƏNİB30-04-2025, 10:00. Разместил: Rss Bot Apa |
|
Tbilisinin “Vağzal meydanı” metrostansiyasının yaxınlığındakı ticarət mərkəzində baş verən yanğın söndürülüb. Sizinxeber.az “Sputnik-Georgia”ya istinadən xəbər verir ki, bunu Yanğın-Xilasetmə Baş İdarəsinin rəisi Levan Museliani açıqlayıb. O bildirib ki, alovun qarşısının alınmasına 30 ədəd yanğınsöndürmə avtomobili cəlb edilib. İlkin məlumata görə, hadisə mərkəzdə yerləşən ayaqqabı mağazasından başlayıb və qısa müddətdə 15 min kvadratmetrlik ərazini əhatə edib. Hadisənin səbəbləri araşdırılır. Fərid Azəri *** 08:50 Tbilisinin "Vağzal meydanı" metro stansiyası yaxınlığında yerləşən geyim bazarında güclü yanğın baş verib. Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub, alovun lokallaşdırılması üçün işlər aparılır. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti xəbəri təsdiqləyib.
Вернуться назад |