DataLife Engine / Latviya Rusiya qırıcılarının hava məkanına daxil olduğunu iddia edib

Latviya Rusiya qırıcılarının hava məkanına daxil olduğunu iddia edib

Rusiyanın 6 qırıcı təyyarəsi 20 və 21 sentyabr tarixlərində Baltik dənizi üzərində Latviyanın hava məkanına daxil olub.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə Latviya Hərbi Hava Qüvvələri X sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, Rusiya qırıcılarında transponder olmayıb, uçuş planı təqdim edilməyib. Latviya havaya “Eurofighter” qırıcı təyyarələrini qaldırıb, Rusiya qırıcıları sərhədə qədər müşayiət olunub.

22-09-2024, 15:50
Вернуться назад