Главная > Avropa > Londonun mərkəzində II Yelizavetanın abidəsi ucaldılacaq
Londonun mərkəzində II Yelizavetanın abidəsi ucaldılacaq6-09-2024, 03:50. Разместил: Rss Bot Apa |
|
Böyük Britaniya kraliçası II Yelizavetanın (1952-2022) anadan olmasının yüz illiyi münasibətilə 2026-cı ildə onun Londonun mərkəzindəki Sent Ceyms Parkında abidəsi ucaldılacaq. Sizinxeber.az xəbər verir ki, bu barədə “The Daily Mirror” qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, abidənin qoyulmasının üzərində onun keçmiş şəxsi katibi Robin Cenvrinin rəhbərlik etdiyi xüsusi komitə işləyir. Sent Ceyms Parkında abidənin ucaldılması planlarının gələn həftə sonu; Kraliçanın ölümündən iki il sonra rəsmən elan ediləcəyi gözlənilir. II Yelizaveta 8 sentyabr 2022-ci ildə 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib. O, Britaniya tarixində 70 il 7 ay olmaqla ən uzun rəhbərlik etmiş kraliça olub. Вернуться назад |