Главная > Avropa > Məhkəmə Durovun 6 ay müddətinə Fransanı tərk etməsinə qadağa qoyub
Məhkəmə Durovun 6 ay müddətinə Fransanı tərk etməsinə qadağa qoyub5-09-2024, 23:50. Разместил: Rss Bot Apa |
|
Məhkəmə “Telegram”ın həmtəsisçisi Pavel Durovun 6 ay müddətinə Fransanı tərk etməsinə qadağa qoyub. APA xəbər verir ki, bu barədə RİA Novosti “Paris Match”a istinadən məlumat yayıb. Məlumatda o da qeyd olunur ki, Durov hazırda Parisdə məhkəmənin verdiyi müddət ərzində qala bilmək üçün kirayə ev axtarır. Qeyd edək ki, Pavel Durov avqustun 24-ü axşam saatlarında Paris hava limanında saxlanılıb. O, dörd gün həbsdə qalıb və məhkəməyə gəlib. İş adamı 12 maddə üzrə cinayətlərdə iştirakda şübhəli bilinir. Вернуться назад |